PDF Oxu

İqtisadiyyat

  • 341

Vüqar Bayramov: "Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı layihəyə olan dəstəyi göstərdi" AÇIQLAMA

Vüqar Bayramov: "Cənub Qaz Dəhlizi” ilə bağlı toplantı layihəyə olan dəstəyi göstərdi" AÇIQLAMA

"Ötən gün Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı nazirlərin toplantısının keçirilməsi iştirakçı ölkələrin rəsmlərinin, eyni zamanda iş adamları və beynəlxalq maliyyə qurumlarının birgə vahid əməkdaşlıq platforması daxilində fəaliyyət göstərdiyinin, eyni zamanda layihənin rellaşmasına ciddi dəstəyin sübutudur". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan "Cənub Qaz Dəhlizi" layihəsi həm Avropa, həm də region üçün mühüm əhəmiyyət kəsb edir: "Layihə ilkin mərhələdə 16 milyard kub metr mavi qazın Türkiyə və Avropa bazarına çıxarılmasını təmin edəcək. Bunun 6 milyard kub metri Türkiyə, 10 milyard kub metri isə Avropa bazarına çıxarılacaq. Sonrakı mərhələdə mavi qaz ixracatı 31 milyard kub metrə qədər artacaq ki bu da region və Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşması baxımından olduqca vacib məqam kimi qiymətləndirilir".V. Bayramov qeyd edib ki, "Cənub Qaz Dəhlizinin" reallaşması fonunda Bolqarıstan da daxili şəbəkə ilə sözügedən layihədən mavi qaz alacaq: "Eyni zamanda İAP layihəsi vasitəsilə Albaniya , Xorvatiya və digər bir sıra Avropa ölkələri də bu layihədən faydalanacaqlar ki, bu da Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin formalaşmasına ciddi töhfə verməsinə imkan yaradacaq. "Şahdəniz 2" layihəsində nəzərdə tutulan işlərin 90 faizi həyata keçirilib. Azərbaycan Abşeron yatağında işləri davam etirir. Nəticə etibarı ilə bu da Azərbaycan mavi qazının Avropaya çıxış imkanlarının artırılması deməkdir".Ötən gün Bakıda keçirilən toplantıda bir sıra məsələlərin müzakirə olunduğunu dilə gətirən ekspert bildirib ki, layihə enerji layihəsi olsa da Azərbaycan Aİ arasında əməkdaşlığın gücləndirilməsi baxımından kifayət qədər vacibdir: "Layihə hər iki tərəf arasında əlaqələrin inkişaf etdirilməsi və tərəflərin bu əməkdaşlıqdan faydalanmasına imkan verəcək. Layihə iştirakçı ölkələrin əlavə gəlir əldə etməsinə şərait yaradacaq. Onun reallaşması prinsipcə yalnız mavi qazın nəql edildiyi ölkələrin deyil, eyni zamanda Gürcüstan, Türkiyənin ondan istifadəsinə imkan verəcək ki, bu da nəticə etibarı ilə regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edəcək. Azərbaycanda bu layihənin reallaşması nəticəsində 100 milyarddan artıq gəlir əldə edəcək. Bu, ölkəmizin iqtisadi mövqeyinin möhkəmlənməsinə, regionda iqtisadi baxımdan söz sahibliyinin qorunub saxlanması, eyni zamanda regional məsələlər, münaqişələrin həllində mövqeyimizin güclənməsinə gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər