Pakistan və Azərbaycan neft və qaz məhsullarının idxalını asanlaşdırmaq məqsədilə hökumətlərarası saziş imzalayacaqlar. SİA Pakistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin neft naziri Şahid Xan Abbasi deyib. O bildirib ki, saziş Azərbaycan Prezidentinin Pakistana səfəri zamanı imzalanacaq. Nazirin sözlərinə görə, sənəd iki ölkənin neft və qaz şirkətlərinə enerji sahəsi, həmçinin terminallar və anbarların yaradılması daxil olmaqla ticarət və investisiya əməkdaşlığının inkişafı üzrə danışıqlara başlamasına imkan yaradacaq. Nazir əlavə edib ki, Azərbaycan neft və qaz ixracatında aparıcı ölkələrdən biridir və bu sektorlarda öz təcrübəsini inkişaf etdirib. O, boru kəməri marşrutlarının müzakirə edilmədiyini bildirib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...