PDF Oxu

İqtisadiyyat

  • 771

Vüqar Bayramov: “Əmək pensiyası yaşa görə deyil, ödənişlərə görə müəyyənləşə bilər ”

Vüqar Bayramov: “Əmək pensiyası yaşa görə deyil, ödənişlərə görə müəyyənləşə bilər ”

"Təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də, məqbul hesab etmədiyimiz məqamlar var. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əvvəlla, CESD-nin bir neçə təklifi bu islahatda yer alıb və təbii ki, bu da təqdir ediləndir: "Bunlardan biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir. Belə ki, mövcud qaydalara əsasən, əmək pensiyası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq, limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelasiya edilməsini təklif edirdik və bu da qəbul olunub. İkinci məqam, odur ki, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşdirilməsidir. Bu o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə o zaman hətta pensiya yaşı çatmasa belə, əmək pensiyasına müraciət edib, ala bilər. Yəni, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq".Vüqar Bayramov qeyd edib ki, pensiya yaşının artırılmasını məqbul hesab etmirik: "Hazırda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş senzinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması, xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzu olunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Sosial sferada struktur islahatları və o cümlədən, saxta əlillik pensiyaçılarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən hədəflənən qənaəti əldə etmək mümkün olar. Bundan əlavə təklif qəbul olunsa, sahibkarın vergi ödəməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəticə etibarilə, daha öncədən əmək pensiyasi almağına gətirib çıxarar".

sia.az

Digər xəbərlər