PDF Oxu

İqtisadiyyat

  • 151

Musa Qasımlı: "İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb"

Musa Qasımlı: "İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb"

Cənab Prezident İlham Əliyevin İrana səfəri, keçirdiyi görüşlər müstəsna əhəmiyyət daşıyır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, ilk növbədə ona görə ki, İran bizimlə qonşu ölkədir: "Son illər hər iki dövlət arasında iqtisadi əlaqələr genişlənib. İran və Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Ötən il Azərbaycan və İran arasında ticarət dövriyyəsi 70 faizdən çox artıb. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi tarixi hadisədir. Bu layihə eyni zamanda regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir. İndi regionda üçtərəfli formatların sayı çoxalır. Bu nəinki Azərbaycanın və İranın, ümumiyyətlə digər ölkələrin bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacaq".Musa Qasımlı qeyd edib ki, Azərbaycan, Türkiyə və İran arasında iqtisadi münasibətlərin inkişafı digər sahələrdə də əməkdaşlığa müsbət təsir edə bilər və münasibətlərin böyük perspektivləri var.

sia.az

Digər xəbərlər