Xəzər Dəniz Gəmiçiliyi bərələrin sayını artırmağı planlaşdırır.AZƏRTAC xəbər verir ki, bu sözləri martın 16-da Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sifariş verdiyi "Ro-Pax" tipli iki gəmi-bərənin ilk polad lövhələrinin kəsilməsinə həsr olunmuş mərasimdə QSC-nin sədri Rauf Vəliyev bildirib.O qeyd edib ki, Gəmiçiliyin donanmasının tərkibində bərələrin sayını artırmaq, mövcud bərələri müasirləri ilə əvəz etmək planlaşdırılır.R.Vəliyevin sözlərinə görə, hazırda Gəmiçiliyin 13 bərəsi var və onlar Xorvatiyada tikilib. Ancaq bu gün ilk polad lövhələri kəsilən gəmi-bərə isə Azərbaycan zavodunda inşa olunur. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın tranzit infrastrukturunun inkişafı üzrə işlər görülür. Bugünkü mərasim də bu strategiyanın tərkib hissəsidir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...