Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları Astanada EKSPO-2017 sərgisi çərçivəsində keçiriləcək biznes-foruma dəvət olunurlar.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, iyunun 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində "Yaşıl İqtisadiyyatın İnkişaf Perspektivləri" EKSPO-2017 sərgisi çərçivəsində biznes-forumun keçirilməsi planlaşdırılır. Ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları tədbirdə iştiraka dəvət olunurlar. Tədbirdə iştirak etməkdə maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər. Biznes-forum Şanxay Əməkdaşlıq Təşkilatının İşgüzar Şurasının təşkilatçılığı ilə baş tutacaq.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...