Dünya birjalarında neftin qiymətində artım müşahidə olunub. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar və ya 0,39% artaraq 48,56 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar və ya 0,29% artaraq 51,48 dollar olub.Azərbaycan neftinin də qiymətində artım davam edir. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,83 d ollar və ya 1,61% artaraq 52,49 dollar təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...