PDF Oxu

İqtisadiyyat

  • 161

“Neft Daşları”nda yeni istismara verilən platformadan ilk quyu qazılır

“Neft Daşları”nda yeni istismara verilən platformadan ilk quyu qazılır

"Neft Daşları" yatağında yeni istismara verilən 620A nömrəli stasionar dəniz özülündən ilk 2621 nömrəli quyuda qazma işlərinə başlanılıb.SİA-nın verdiyi məlumata görə, SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin "Azneft" İstehsalat Birliyi "Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1630 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

sia.az

Digər xəbərlər