Üzümçülük rayonu kimi tanınan Tovuzda hər il olduğu kimi, bu il də yeni üzüm bağları salınır. İşlər hər il yazın əvvəllərindən başlayır, basdırılan tinglərə ilboyu qulluq edilir. Sərfəli sahə olduğundan təsərrüfatçılar üzüm bağlarının genişləndirilməsinə daim maraq göstərirlər. Bölgəyə xas olan digər əkin növlərinə nisbətən bu təsərrüfatın daha məhsuldar və gəlirli olduğu bildirilir. Yeni salınan üzüm bağlarına yerli tinglərlə yanaşı, xaricdən gətirilən müxtəlif sort tinglər də əkilir. Tovuzda üzümün bir neçə növü becərilir.Fermer Arif Bayramov AZƏRTAC-a bildirib ki, cari ildə 40 hektar sahədə yeni üzüm bağı salıb. Fermer yeni salınan bağın 2 ildən sonra bar verəcəyini deyir.Qərb bölgəsində, xüsusən də Tovuzda iqlim şəraiti və torpağın məhsuldarlığı üzümün becərilməsi üçün çox əlverişlidir. Təsərrüfatçılar bildirir ki, ötən il məhsuldarlıq da, qiymətlər də qənaətbəxş olub. Təsərrüfat sahibləri elə bu il də məhsuldarlığın yaxşı olacağına inanırlar.Qeyd edək ki, hazırda Tovuzda 664 hektar üzüm bağı var. Bunun da 548 hektarı məhsul verən bağdır. 116 hektarı isə yeni salınıb. Ötən il fermerlər üzüm bağlarından 20-25 sentner məhsul götürüblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...