Respublikanın iri kartofçuluq rayonlarından olan Tovuzda kartof əkini davam edir.Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər artıq 5 min 87 hektar sahədə kartof əkiblər. Kartof əkilən sahələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 hektar çoxdur. Kartof əkini əsasən rayonun Düz Qırıqlı, Əyyublu və Alakol kəndlərində həyata keçirilib. Hazırda kartof əkini rayonun dağ kəndlərində davam edir.Qeyd edək ki, ötən il tovuzlu sahibkarlar 8 min 197 hektar sahədən 178 min 635 ton məhsul istehsal ediblər.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...