PDF Oxu

İqtisadiyyat

  • 210

“Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi kifayət qədər uğurludur”

“Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi kifayət qədər uğurludur”

"Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini hər zaman aydın şəkildə səsləndirib". Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. O bildirib ki, Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin həmişəki kimi diqqət mərkəzində olduğunu söylədi. Prezident qeyd etdi ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. R.Rzayev əlavə edib ki, Azərbaycanın bu məsələdəki qətiyyətli mövqeyi nəticəsində problemin həlli istiqamətində addımların atılacağına inanır: "Amma bunun üçün ölkə rəhbərinin də vurğuladığı kimi Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar".

Millət vəkili 2017-ci ilin müvafiq dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndiyini əlavə edib: "Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi kifayət qədər uğurludur. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, apardığı danışıqlar ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə səbəb olub. Ona görə də düşünürəm ki, hər şey bizim istədiyimiz kimi olacaq. Ölkəmizin uğurları daha da artacaq, beynəlxalq nüfuzu güclənəcək".

sia.az

Digər xəbərlər