PDF Oxu

İqtisadiyyat

  • 420

"2017-ci il uğurla başlayıb, uğurla da bitəcək"

"2017-ci il uğurla başlayıb, uğurla da bitəcək"

"Azərbaycan Prezidentinin ötən gün Nazirlər Kabinetinin I rübün yekunlarına dair iclasda çıxışı zamanı səsləndirdiyi rəqəmlərə fikir versək görərik ki, ölkəmizdə 3 ay müddətində qeyri-neft sektorunun, ixracın artımı və idxalın əvəzlənməsi istiqamətində böyük əsaslı işlər görülüb". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Emin Əliyev deyib. Onun sözlərinə görə, 2017-ci ildə ölkəmizdə görülən işlərdən ən mühümü f iqtisadiyyatın ən önəmli indikatorlarından biri sayılan kənd təsərrüfatı və tikinti sektorunun canlanmasıdır: "Azərbaycan Prezidentinin iclasda söylədiyi kimi cari ilin 3 ay müddətində kənd təsərrüfatı 3,5 faiz artıb ki bu da kütləvi şəkildə yeni iş yerlərinin açılmasına imkan yaradıb. Belə ki bu müddət ərzində ölkəmizdə 85 min yeni iş yerləri açılıb ki, onlardan 45 mindən çoxu özəl, korporativ sektorun payına düşüb. Bu, çox uğurlu göstəricilərdən biridir. Bununla yanaşı Azərbaycan prezidenti həmçinin bildirdi ki, hazırda 300-dən çox hündür mərtəbəli binaların tikilməsi və inşası həyata keçirilir. Bunun özü də böyük göstəricidir. Çünki tikinti sektoru özündə bir neçə sahəni əhatə edir və onların inkişafına impuls verir".Ekspert qeyd edib ki, ölkəmizin 2017-ci ilin ilk rübündə əldə olunan iqtisadi uğurlarından biri təbii ehtiyatlarımızın artmasıdır: "Son 3 ayda ölkəmizin valyuta ehtiyatları 1 milyarddan çox artıb. Bu, çox uğurlu göstəricidir. Çünki ölkənin dayanıqlı olması onun valyuta ehtiyatlarının mövcud göstəricisi və onun artım və düşmə dinamikasıdır. Azərbaycanda bu dinamika yüksələn xətlə inkişaf etdiyinə görə, bu həm ölkəmizin reytinqinin, həm də borclanma qabiliyyətinin artmasına əsaslı təsir edir".Cari ilin ilk rübündə ölkəmizdə turizm sektorunun inkişaf etdiyini deyən E. Əliyev vurğulayıb ki, Azərbaycanda bu müddət ərzində ASAN viza vasitəsilə 40 mindən elektron viza verilib: " Ölkəmizə bu müddət ərzində bir sıra yaxın və uzaq ölkələrdən turistlər gəlib ki, bu da öz növbəsində Azərbaycana valyuta axınını təmin etməklə yanaşı yeni iş yerlərinin açılmasına xidmət edir". E. Əliyev qeyd edib ki, ümumilikdə ilk rübün göstəricilərinə baxsaq cari ilin ölkəmiz üçün uğurla başladığını söyləmək mümkündür: " Bu dinamika davam edəcəyi halda, 2017-ci ilin uğurla bitəcəyini söyləmək olar".

sia.az

Digər xəbərlər