PDF Oxu

İqtisadiyyat

  • 223

Maroş Şefçoviç: " Azərbaycan və Avropa arasında əməkdaşlıq inkişaf edir" TƏDBİR

Maroş Şefçoviç: " Azərbaycan və Avropa arasında əməkdaşlıq inkişaf edir" TƏDBİR

Azərbaycan qazı 2020-ci ilə qədər Avropaya çatdırılacaq və beləliklə, Avropa ittifaqı enerji resurslarını diversifikasiya edəcək". SİA xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Bakıda keçirilən "Caspian Energy Forum-2017"-nin iştirakçılarına video müraciətində deyib.Onun sözlərinə görə, Xəzər qazının Avropaya nəqli artıq uzun müddətdir gündəmdədir. "Əslində Cənub Qaz Dəhlizi üzrə memorandum İlham Əliyevlə artıq 2011-ci ildə imzalanıb. Bu, layihəyə nə qədər vaxt sərf olunduğunu, eyni zamanda, siyasi cəhətdən nə qədər yüksək səviyyədə təbliğ olunduğunu göstərir. Mən özüm Bakıda keçirilən hər bir görüşdə iştirak etmişəm. Bu görüşlər yalnız danışıqlarla deyil, reallıqlarla bağlı olub. Cənub Qaz Dəhlizi üzrə artıq müqavilələr bağlanıb, konkret addımlar atılıb.

sia.az

Digər xəbərlər