PDF Oxu

İqtisadiyyat

  • 385

İsmayıllıda kartof əkini sənaye üsulu ilə aparılır

İsmayıllıda kartof əkini sənaye üsulu ilə aparılır

İsmayıllı rayonunda 630 hektarda yazlıq kartof əkilib.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, İsmayıllıda məhsul istehsalı ildən-ilə artır. Keçən il əvvəlki ildəkindən 3 min ton çox olmaqla, 10 min tona yaxın kartof istehsal edilib.Cari mövsümdə rayonda əkin 220 hektarda sənaye üsulu ilə aparılıb ki, bu da ötən ildəkindən 55 hektar çoxdur. Müasir texnologiya ilə kartof əkini Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində, habelə şəhərətrafı ərazilərdə aparılıb.

AZƏRTAC

Digər xəbərlər