Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycanla tərəfdaşlıq edir. Bu layihə Avropa Komissiyası tərəfindən dəstəklənir.AZƏRTAC xəbər verir ki, bu barədə danışan Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya, Mərkəzi Asiya və Qafqazda enerji üzrə direktoru Aida Sitdikova deyib: "Azərbaycan çox vacib tərəfdaşdır və onun enerji baxımından çox böyük potensialı var. Bilirik ki, qaz vacib enerji növüdür və alternativ enerjiyə keçiddir. Azərbaycanla əməkdaşlığımız erkən mərhələdədir. Bizim Gürcüstan və Qazaxıstanda layihələrimiz var. Azərbaycanda da layihələrə başlamaq istəyirik".
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...