PDF Oxu

İqtisadiyyat

  • 435

Naxçıvan-Məşhəd-Naxçıvan sərnişin qatarının xidmətindən 1654 nəfər istifadə edib

Naxçıvan-Məşhəd-Naxçıvan sərnişin qatarının xidmətindən 1654 nəfər istifadə edib

2017-ci ilin birinci rübündə dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 5 min 820 ton müxtəlif təyinatlı yük daşınıb. Hesabat dövründə yük-sərnişin qatarları tərəfindən 35 min 894, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarı vasitəsilə 1654 sərnişin daşınıb."Naxçıvan Dəmir Yolları" MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlər sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir. Dəmir yolunda istismarda olan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılması üçün mütəmadi yoxlamalar aparılaraq çatışmazlıqlar aradan qaldırılır. Bu ilin ötən dövründə Culfa Lokomotiv Deposunda lokomotivlər 10 dəfə texniki baxışdan keçirilib, 3 lokomotiv, 14 müxtəliftipli vaqon cari təmir edilib.İnfrastruktur idarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilərək tullantılar təmizlənib. Daşımaların səmərəli təşkili məqsədilə Şərur stansiyasında yararsız vəziyyətdə olan yükləmə-boşaltma yolunda və stansiyanın 3-cü qəbul-göndərmə yolunda son tamamlama işləri aparılır. Ordubad stansiyasının 2-ci qəbul-göndərmə yolu əsaslı təmir olunaraq istismara buraxılıb. Xidməti ərazidə 189 ədəd yararsız ağac şpal və lokomotivlərdə 30 müxtəliftipli rabitə bloku dəyişdirilib. Görülmüş tədbirlər nəticəsində Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkəti təmin olunub.Muxtar respublikada dəmir yolu infrastrukturunun texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamı olaraq, bu ilin birinci rübündə Ordubad dəmiryol sərnişin vağzalında, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında əsaslı təmir işləri, eləcə də Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilib.

sia.az

Digər xəbərlər