SOCAR-ın Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə "Qaradağ" yatağında 493 və 495 nömrəli istismar-basqı quyularında qazma işləri uğurla davam etdirilir.Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın VIIA horizontuna qazılan 493 nömrəli quyunun layihə dərinliyi 3 min 200 metr, qirməki altı lay dəstəsinə qazılan 495 nömrəli quyunun isə layihə dərinliyi 3 min 600 metrdir.Quyular yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədilə qazılır.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...