"Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verir və çalışır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığı tamamilə aradan qalxsın və ixrac yönümlü məhsulların istehsalı çoxalsın". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.Bunun üçün ötən dövr ərzində Azərbaycanda xeyli işlərin görüldüyünü deyən deputat söyləyib ki, Prezidentin apardığı siyasət nəticəsində kənd təsərrüfatının, turizmin inkişafı, qeyri-neft sektoruna aid bütün sahələrdə istehsalın artırılması istiqamətində mühüm tədbirlər görülüb: "Artıq Azərbaycan dünyada öz brendi tanınmağa başlayıb. Azərbaycanda ixrac potensialını artırmaq və dünya bazarında rəqabətədavamlı məhsulların istehsalı istiqamətində yerlərdə lazımi ifrastruktur yaradılır. Artıq xeyli sayda istehsalat sahələri istifadəyə verilib və bir neçə zavodun da istifadəyə verilməsi, yeni sənaye parklarının açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Azərbaycan ixrac edilən məhsullar hesabına xeyli gəlir əldə edib və işlər bu cür də davam etdirilməlidir. Eyni zamanda Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinə də başlanır".T.Rzayev söyləyib ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və sahibkarlara lazımi şərait yaradılıb: "Son illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Görülən işlər artıq öz nəticəsini verir və inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...