PDF Oxu

İqtisadiyyat

  • 736

Apreldə BTC ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

Apreldə BTC ilə 2,2 milyon ton Azərbaycan nefti nəql olunub

Bu ilin aprel ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 242 min 574 ton Azərbaycan nefti nəql edilib.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvar-aprel aylarında kəmərlə 8 milyon 724 min 383 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il may ayının 1-dək BTC-yə 330 milyon 262 min 445 ton neft vurulub.Bundan başqa, aprel ayında BTC ilə 546 min 171 ton Türkmənistan nefti də nəql olunub.

AZƏRTAC

Digər xəbərlər