2017-ci ilin ötən dövründə 133 çoxmərtəbəli binaya təbii qaz verilib."Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 133 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 6 min 774 mənzili əhatə edir.Ümumiyyətlə, İB qazın satışını həyata keçirən qurum olaraq lazımi sənədləri təqdim edilmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz verilişinin təmin olunmasında hər zaman maraqlıdır.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...