PDF Oxu

İqtisadiyyat

  • 816

2017-ci ilin yanvar-mart aylarında Yasamal rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

2017-ci ilin yanvar-mart aylarında Yasamal rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Yasamal Rayon Statistika Şöbəsindən verilən məlumata görə, 2017-ci ilin yanvar - mart aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 59379,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,2 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 91,8 faiz təşkil edir. 2016-cı ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 618325,6 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox olmuşdur. Hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 147440,7 manat dəyərində xidmət göstərilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az olmuşdur. 2017-ci ilin yanvar-mart aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 78816,4 min manat məbləğində investisiyadan istifadə edilmişdir.İstifadə olunmuş vəsaitin 55491,2 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir və əvvəlki ilin müvafiq dövrünə nisbətən 33,8 faiz azalmışdır.

2017-ci ilin I rübündə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 648428,2 min manatlıq məhsul satılmış, dövriyyənin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünün 86 faizini təşkil edərək 147909,4 min manat həcmində olmuşdur. İstehlak məhsullarının 6,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 73,6 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 19,9 faizi isə məhsul bazarlarında satılmışdır. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 624 manata çatmışdır.

Qismət İsmayılov

Digər xəbərlər