Cari ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 21,4 milyon kubmetr qaz olub. Rüb ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 milyon dollar əməliyyat və 191 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Xatırladaq ki, 2006-cı ilin sonlarında istismara verilən boru kəməri "Şahdəniz" qazını Gürcüstan və Türkiyəyə çatdırır. Kəmərin operatorları BP şirkəti və SOCAR-dır.
Cənubi Qafqaz Boru Kəməri şirkəti sərmayədarlarının pay bölgüsü belədir: BP (operator) – 28,8 faiz, "AzCQBK" - 10 faiz, "SNG Midstream" - 6,7 faiz, "Petronas" - 15,5 faiz, "LUKOIL" - 10 faiz, "NICO" - 10 faiz və "TPAO" - 19 faiz.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...