Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,96% artıb. SİA-nın xəbərinə görə, Azeri LT CIF" markalı neftin qiyməti 51,99 dollar/barelə bərabər olub.Dünya birjalarında da neftin qiymətində artım olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar və ya 0,10% artaraq 47,88 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar və ya 0,04% artaraq 50,79 dollar olub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...