PDF Oxu

İqtisadiyyat

  • 703

Azərbaycan nümayəndə heyəti Pekində Yüksəksəviyyəli Forumda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Pekində Yüksəksəviyyəli Forumda iştirak edəcək

Mayın 14-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksəksəviyyəli Forum keçiriləcək. Tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.SİA-nın verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

sia.az

Digər xəbərlər