Azərbaycan bu gün həyata keçirdiyi layihələr ilə qlobal təbii qaz bazarının mühüm iştirakçılarından birinə çevrilir.
Bunu iyunun 1-də Bakıda işə başlayan XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) qaz bazarının təhlili departamentinin rəhbəri Mahjouba Belayfa deyib.
O qeyd edib ki, "Şahdəniz-2" qazının Avropaya nəql edilməsi ilə Azərbaycan qitənin qaz bazarında yeni mənbə yaradacaq. Bu layihələr həm də Avropanın enerji infrastrukturunun şaxələndirilməsinə töhfə verəcək.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...