PDF Oxu

İqtisadiyyat

  • 1 736

“Azəriqaz”: Bu il 167 çoxmərtəbəli binaya qaz verilib

“Azəriqaz”: Bu il 167 çoxmərtəbəli binaya qaz verilib

Cari ilin yanvar-may ayları ərzində “Azəriqaz” İB tərəfindən hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 167 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. “Azəriqaz” İB-dən SİA-ya verilən məlumata görə, bu, ümumilikdə 8 982 mənzili əhatə edir.Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.

sia.az

Digər xəbərlər