“Şahdəniz 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, TANAP və TAP layihələrinin daxil olduğu Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji layihələrindən biri olmaqla yanaşı, həmçinin strateji layihədir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan strateji olaraq çalışır ki, layihənin reallaşmasına daha qısa zamanda nail olsun: “Bu dəhliz ilk dəfə Xəzərdəki ehtiyatları birbaşa Avropanın qaz bazarları ilə bağlayacaq. Azərbaycan layihənin reallaşması ilə bağlı bir sıra görüşlər keçirir. Layihənin reallaşmasında sözügedən ölkələrin iştirak səviyyəsi də olduqca önəmlidir. Perspektivdə bu layihəyə Qazaxıstan və Türkmənistanın bəlkə də, gələcəkdə İranın qoşulması layihənin əhəmiyyətinin artmasına gətirib çıxaracaq. Türkmənistanın layihəyə qoşulması çox vacibdir, çünki bu ölkə mavi qaz ehtiyatı olan ölkələrdən biridir. Xüsusən də bu konteksdən bu prosesdə iştirakı olduqca vacibdir. Bu layihədə Qazaxıstan və Türkmənistan iştirak etməsə belə bütün hallarda TANAP və TAP layihəsi reallaşır və Azərbaycan 2018 – ci ildə mavi qazın həyata keçirməsini reallaşdıracaq. Nəzərə alsaq ki, Azərbaycanın mavi qaz hasilatı 45 milyard kub metrə qədər yüksələcək, artıq mavi qazın həyata keçirilməsi baxımından yeni imkanlar yaradır. Bu konteksdən Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu layihə Türkmənistan və Qazaxıstan qoşularsa, layihənin geosiyasi və geoiqtisadi baxımdan Azərbaycan üçün üstünlükləri böyükdür”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...