PDF Oxu

İqtisadiyyat

  • 3 437

"Neft Daşları”nda yeni quyu qazılır

"Neft Daşları”nda yeni quyu qazılır

“Neft Daşları” yatağında 1954A nömrəli estakadayanı meydançadan 2686 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. SOCAR-dan SİA -ya verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1300 metrdir.Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

sia.az

Digər xəbərlər