Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Füzuli rayonunda pambıq qəbulu məntəqəsi tikilir.AZƏRTAC xəbər verir ki, Horadiz şəhərində inşa olunan məntəqə 4 hektar ərazini əhatə edir. Məntəqə 9 xırman, 60 tonluq qapan, 100 kubmetrlik iki su anbarı, nasosxana, inzibati bina, transformator yarımstansiyasından ibarət olacaq. Burada, həmçinin çirkab sularının qəbulu üçün anbar tikiləcək, elektrik və su xətləri çəkiləcəkdir.Hazırda məntəqədə dəmir-beton işləri aparılır. Məntəqə builki məhsul qəbulu zamanı fəaliyyət göstərəcək.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...