PDF Oxu

İqtisadiyyat

  • 3 850

Qlobal Rəqabətlilik Hesabatındakı yerimiz aparılan islahatlara verilən qiymətdir

Qlobal Rəqabətlilik Hesabatındakı yerimiz aparılan islahatlara verilən qiymətdir

Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması Prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlara verilən qiymətdir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib."Strateji Yol Xəritəsinin qəbul edilməsi və bu çərçivədə ölkədə aparılan davamlı işlər "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi üçün vacib amil hesab edilməlidir. Azərbaycanın 140 ölkə arasında bir sıra ölkələri geridə qoyaraq 35-ci yerdə qərarlaşması onu göstərir ki, qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib", - deyə V.Qasımlı diqqətə çatdırıb.

sia.az

Digər xəbərlər