Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi, Məlumat Hesablama Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün həyata keçirilən təlimlər davam edir. 29 sentyabr tarixində növbəti təlim "Gənclər və Elektron Hökumət" mövzusunda baş tutub.SİA-nın verdiyi məlumata görə, layihənin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini qeyd olunan ixtisaslar üzrə təhsil alan gənclərin maarifləndirməsi, onların “Elektron hökumət” xidmət sahələrində fəallığının artırılmasıdır.Təlim zamanı gənclərə Elektron Hökumət portalı (www.e-gov.az), dövlət elektron xidmətləri, elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti və bu barədə işə götürənə məlumatın verilməsi xidmətinin izahı barədə ətraflı məlumatlar verilib.Məlumat üçün qeyd edək ki, Cənab Prezident İlham Əliyevin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öhdəliyinə “Elektron hökumət” portalına yeni xidmətlərin əlavə olunması ilə bağlı bir neçə öhdəlik qoyulmuşdur. Məhz, bu sərəncama əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə “Gənclər və Elektron hökumət” layihəsi çərçivəsində fəaliyyətlər həyata keçirir.“Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...