Bu ilin sentyabr ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 264 min 511 ton Azərbaycan nefti nəql olunub. SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, cari ilin yanvar-sentyabr aylarında isə bu kəmərlə 20 milyon 326 min 791 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-dək BTC-yə 341 milyon 864 min 853 ton neft vurulub.Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 491 min 931 ton Türkmənistan nefti nəql olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...