Bu gün pambıq qəbulu məntəqələrinə ölkə üzrə 57 min 361,87 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, pambıq tədarükünə görə Saatlı rayonu birincidir. Rayonun fermerləri tarlalardan 10925,60 ton məhsul yığıblar. Biləsuvarda 6953,65 ton, Sabirabadda 6075,69 ton, Beyləqanda 4545,14 ton, Ağcabədidə 4510,44 ton pambıq tədarük olunub.Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlıda əkilib (17220 hektar). Sonrakı yerlərdə İmişli (15641,5 hektar), Sabirabad (15055 hektar), Biləsuvar (11351,8 hektar) və Neftçala rayonları (11111 hektar) gəlir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...