PDF Oxu

İqtisadiyyat

  • 3 507

Bakı-Tbilisi-Qars layihəsi üçün Azərbaycan 40 yükdaşıma elektrovozu ilə təmin ediləcək

Bakı-Tbilisi-Qars layihəsi üçün Azərbaycan 40 yükdaşıma elektrovozu ilə təmin ediləcək

"Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin reallaşdırılması zamanı Qazaxıstanın maşınqayırma məhsullarından istifadə edilib".SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bugünkü mətbuat konfransında deyib."Bakı-Tbilisi-Qars" layihəsinin işə düşməsini möhtəşəm hadisə adlandıran səfir deyib ki, bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanın deyil, ümumiyyətlə "İpək yolu"na daxil olan ölkələrin inkişafına zəmin yaradacaq."Bakı-Tbilisi-Qars" layihəsində 10 Qazaxıstan teplovozu istifadə ediləcək. Eyni zamanda, 2020-ci ilədək Qazaxıstan bu layihə üçün Azərbaycanı 40 yükdaşıma elektrovozu ilə təmin edəcək", -deyə səfir əlavə edib.

sia.az

Digər xəbərlər