PDF Oxu

İqtisadiyyat

  • 2 787

"BTQ-nin işə düşməsi ilə regionun nəqliyyat statusu möhkəmlənəcək"

"BTQ-nin işə düşməsi ilə regionun nəqliyyat statusu möhkəmlənəcək"

"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi böyük diqqətə layiqdir. Layihə mövcud iqtisadi reallığı dəyişəcək". SİA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili bildirib.Baş nazir qeyd edib ki, bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir: "Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq".Giorgi Kvirikaşvili qeyd edib ki, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir: "Yeni limanlar tikilir, yollar müasirləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu layihənin ərsəyə gəlməsində böyük rol oynayıb".Gürcüstanın baş naziri nəzərə çatdırıb ki, 28-29 noyabrda Tbilisidə İpək Yolunun yüksək səviyyəli sammiti keçiriləcək : "Biz şirkətlərin də iştirak etdiyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq".

sia.az

Digər xəbərlər