PDF Oxu

İqtisadiyyat

  • 3 521

"BTQ iqtisadi və siyasi baxımdan divindent gətirəcək" AÇIQLAMA

"BTQ iqtisadi və siyasi baxımdan divindent gətirəcək" AÇIQLAMA

“Azərbaycan müstəqillik əldə etdikdən, xüsusilə, müdrik dövlət rəhbəri, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından və “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmiz bir sıra vacib regional və beynləxalq əhəmiyyətli layihələri gerçəkləşdirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.Onun sözlərinə görə, bölgənin təhlükəsizlik və sabitlik adası olan Azərbaycan nəinki yerləşdiyi regionun, hətta, Avropanın və dünyanın enerji təminatçısına çevrilib, enerji təhlükəsizliyinin təmin olunmasında böyük rola malikdir: “Bunlar da təbii ki, elə-belə baş verməyib. Bu işlərin təməlində Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan naminə yorulmaz fəaliyyəti, müdrikliyi və uzaqgörənliyi dayanıb. Onlar olmasaydılar nəinki Azərbaycan, ümumən Avropa və dünya üçün əhəmiyyətli və önəmli layihələr gerçəkləşə bilməzdi. Məhz onların qətiyyəti və iradəsi sayəsində hamımıza bəlli olan layihələr uğurla gerçəkləşdirildi və bu gün də öz töhfələrini verməkdədirlər".Millət vəkili qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də məhz belə layihələrdəndir: "Bu layihənin icrası, konkret desək, adıçəkilən dəmiryolu xəttinin açılışı və işə düşməsi növbəti uğurlarımızda, iqtisadi və siyasi inkişafımızda önəmli yerə və rola malik olacaq. Azərbaycan dövləti və xalqı bundan həm iqtisadi, həm də siyasi dividentlər əldə edəcək".

sia.az

Digər xəbərlər