PDF Oxu

İqtisadiyyat

  • 4 425

Eldar İbrahimov: “Ümid edirəm ki, Qarsdan Naxçıvana da dəmir yolu xətti çəkiləcək”

Eldar İbrahimov: “Ümid edirəm ki, Qarsdan Naxçıvana da dəmir yolu xətti çəkiləcək”

“Həm Azərbaycanın, həm yerləşdiyimiz regionun, həm də belə demək mümkünsə, dünyanın iqtisadi-siyasi həyatında çox mühüm, çox əlamətdar və çox sevindirici hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin rəsmi açılış mərasimi oldu. Bu, unudulmaz, yaddaşlarda əbədi həkk olunacaq bir tarixi hadisədir. Yəni, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri nə qədər əhəmiyyətlidirsə, Bakı-Tbilisi-Qars da bir o qədər tarixi əhəmiyyətə malikdir”. Bunu SİA-ya verdiyi açıqlamada Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov deyib.Millət vəkili qeyd edib ki, Prezidentin də bəyan etdiyi kimi, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir, o, ölkələri bir-birinə daha yaxın edəcək: “Ümid edirəm ki, Bakı-Tbilisi-Qars layihənin davamı olaraq Türkiyədən Naxçıvana da dəmir yolu xətti çəkiləcək. Bununla da Naxçıvan Muxtar Respublikası nəqliyyat blokadasından qurtulmuş olacaq. İşğalçı Ermənistan isə regional layihələrdən kənarda qalacaq, iqtisadi tənəzzülü bir az da dərinləşəcək.

sia.az

Digər xəbərlər