PDF Oxu

İqtisadiyyat

  • 4 556

"Bakı-Tbilisi-Qars dəmir yolu dünya ticarətinə yeni nəfəs verəcək" AÇIQLAMA

"Bakı-Tbilisi-Qars dəmir yolu dünya ticarətinə yeni nəfəs verəcək" AÇIQLAMA

"Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi müstəqillik tariximizin ən mühüm səhifələrindən biridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu Prezident İlham Əliyev liderliyi ilə dövlətimizin həyata keçirdiyi beynəlxalq layihələrdən biri olmaqla böyük tarixi və strateji əhəmyyət daşıyır: "Bu dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyəni deyil, Asiya və Avropanı birləşdirəcək, ticarət və kommunikasiyanı genişləndirəcək, dünya ticarətinə yeni nəfəs verəcək".M.Qasımlı qeyd edib ki, layihənin işə düşməsi ilə Azərbaycan şəbəkə ölkə halına gəlir və yeni infrastruktur yaranır: "Bundan sonra dövlət büdcəmizə əlavə vəsaitlər daxil olacaq və bütün ölkə vətəndaşlarının rifah halı daha da yaxşılaşacaq. Həyata keçirilən bütün layihələr xalqımızın təkcə indiki deyil, gələcək nəsillərinin də həyatının təmin edilməsinə yönəlib. Bundan əvvəlki layihələrin əleyihinə olanlar artıq tükəniblər".Məlumat üçün nəzərinizə çatdıraq ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

sia.az

Digər xəbərlər