2018-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə 3 milyon ton yük daşınması planlaşdırılır.
Bu sözləri "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin prezidenti Kanat Alpısbayev deyib.
O bildirib ki, 2018-ci ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (TBNM) ən azı üç milyon ton yük daşınması planlaşdırılır. Cari ilin yekunlarına görə, hazırda 1 milyon ton yük daşınıb və ilin sonuna qədər bu rəqəmin 1,3 milyon ton yük olması gözlənilir.
yap.org.az