PDF Oxu

İqtisadiyyat

  • 2 751

Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Almaniyada turizm sahəsində əməkdaşlıq müzakirə edilib

Almaniyanın Berlin şəhərində Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupun 7-ci iclası keçirilib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən turizm sahəsi üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. İşçi qrupun 7-ci iclasında Azərbaycanı Mədəniyyət və Turizm, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirlikləri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Azərbaycanın Polşa üzrə Ticarət nümayəndəliyi, “Socar” və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri təmsil olunmuşlar. Qeyd olunan tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib.İclasda iki ölkə arasında iqtisadi sahələrin inkişafı çərçivəsində enerji və enerjiyə qənaət, təhsil, menecer, əczaçılıq, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov Azərbaycan və Almaniya arasında turizm əməkdaşlığı sahəsində məlumat verib. Almaniya Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən Azərbaycanın qərb bölgəsində həyata keçirilən “Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi” və “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihələrində turizmin inkişafı məsələlərin yeni olmasını xüsusi vurğulamış və 2018-ci ildə turizm sahəsində birgə əməkdaşlığa dair təklifləri təqdim edib.Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupun 7-ci iclası çərçivəsində Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Judith Konsla, İqtisadiyyat və Energetika Nazirliyinin Turizm siyasəti şöbəsinin müdir müavini Alexander Stedtfeldlə, Almaniyanın Şərqi Avropa üzrə Bizness Assosiasiyasının direktoru Ute Kochlovski-Kadjaja ilə turizm sahəsində müzakirələr aparılıb. İqtisadiyyat və Energetika Nazirliyinin Turizm siyasəti şöbəsinin müdir müavini Alexander Stedtfeld Azərbaycan və Almaniya arasında turizm sahəsində əməkdaşlığın perspektivlərindən danışmış və verilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb. Almaniya tərəfi turizm sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərib.

sia.az

Digər xəbərlər