Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə idxal olunan təbii qaz Avropanın qaz təchizatını yaxşılaşdıracaq.
Bu fikri Albaniyanın infrastruktur və energetika nazirinin müavini Dorina Çinari Türkmənistan paytaxtında keçirilən Enerji Xartiyası Konfransının “Gələcəyin dayanıqlı enerji təminatı və nəqliyyat marşrutlarının şaxələndirilməsi məqsədi ilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr olunmuş 28-ci sessiyasında səsləndirib.
Albaniyanı bu layihənin reallaşdırılmasında mühüm tərəfdaş adlandıran D.Çinari deyib: “Albaniya tranzit ölkə olaraq Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfəsini verir”.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...