"Bakı şəhərinin mərkəzində olan bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq". SİA-nın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.Nazir bildirib ki, pandusları Bakı Nəqliyyat Agentliyi quraşdıracaq: "Şəhərdə 421 ədəd Avropa standartlarına uyğun panduslar qoyulması təmin olunacaq".Səlim Müslümov həmçinin bildirib ki, Azərbaycan əhalisinin 6 faizinin sağlamlıq imkanları məhduddur, bu, dünyada çox aşağı göstəricilərdən biridir: “Ümumiyyətlə Azərbaycan əhalisi sağlam əhalidir: "Bizim millət sağlam millətdir. Azərbaycan əhalisi nisbətən gənc əhalidir. Azərbaycanda əlilliyi olan şəxslərin çoxu torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində xəsarət alanlardır”.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...