“Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilibtəşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib. SİA-nın məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri portalına inteqrasiya edilən təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bildirilib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib. İqtisadiyyat Nazirliyi tərəfindən 2 noyabr 2015-ci il tarixindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziya tələb olunan fəaliyyət növləri üzrə lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb və indiyədək 4832 lisenziya verilib ki, bunun da 2676-sı yeni verilən, 2156-sı isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.Nazir müavini Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 21 yanvar 2017-ci il tarixli Fərmanının icrası məqsədilə İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə “Lisenziyalar və icazələr” portalının hazırlandığını diqqətə çatdırıb, portalın məqsədləri barədə məlumat verib.Qeyd olunub ki, bu gün keçirilən tədbirin məqsədi lisenziyalar və icazələr portalının fəaliyyətə başlamasından sonra portalın sahibkarlar üçün yaradacağı imkanlar haqqında onların məlumatlandırılması, sahibkarların gələcəkdə portalın çoxsaylı xidmətlərindən istifadə etmək bacarıqlarının artırılması, portalın daha da təkmilləşdirilməsi üçün sahibkarların rəy və təkliflərinin öyrənilməsindən ibarətdir. Sahibkarlar 2018-ci ildən istifadəyə veriləcək portala daxil olmaqla fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə, lisenziyanı və ya icazəni elektron qaydada ala biləcək, lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...