PDF Oxu

İqtisadiyyat

  • 3 606

2,4 dəfə çox pambıq tədarük olunub

2,4 dəfə çox pambıq tədarük olunub

Dekabrın 26-dək ölkə üzrə 205 min 908 ton pambıq tədarük olunub.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Ötən il dekabrın 26-dək qəbul məntəqələrinə 87 min 237 ton pambıq təhvil verilmişdi.Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir.AZƏRTAC pambıq tədarükünə dair dekabrın 26-na olan operativ məlumatı təqdim edir.

AZƏRTAC

Digər xəbərlər