“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf özünü açıq şəkildə büruzə verir. Ölkəmizdə reallaşdırılan sosial-iqtisadi islahatlar nəticəsində sənayenin, aqrar sektorun, qeyri-neft sahəsinin sürətli inkişafı, ölkəmizin ixrac imkanlarının genişlənməsi, sahibkarların fəaIiyyəti üçün münbit şəraitin formalaşdırılması beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilməkdədir. Elə "Forbes" jurnalı tərəfindən tərtib olunan "Biznes üçün ən yaxşı ölkələr - 2018" adlı reytinqdə 153 ölkə arasında Azərbaycanın 70-ci yeri tutması təsadüfi deyildir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan son 14 il ərzində iqtisadiyyatını 3 dəfədən çox artıran, yoxsulluğun səviyyəsini 10 dəfə aşağı salan, savadlılığı 100 faizə yüksəldən, 2 milyona yaxın yeni iş yerləri açan, strateji valyuta ehtiyatları ölkənin ümumi daxili məhsuluna bərabər və xarici dövlət borcu isə ümumi daxili məhsulun 20 faizindən az olan bir dövlətdir. Ona görə də, Azərbaycanın inkişaf modeli dünya ölkələri üçün nümunə olaraq göstərilir.“Eyni zamanda, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycanın reytinqdə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha isbatladı ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirəcək.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...