İsmayıllıda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini başa çatıb.Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə İsmayıllıda 28 min 821,5 hektar sahədə taxıl əkilib. Əkilən sahələrin 21 min 650,5 hektarı buğda, qalanı isə arpadır. Ötən ilə nisbətən əkin sahələri 430 hektar artıb.Səpin kampaniyasında 120-dən çox texnikadan istifadə olunub. Rayonun iri taxılçılıq təsərrüfatları olan Qubaxəlilli, Qalagah, Təzəkənd, Qoşakənd, Quşencə, Gəraybəyli, Soltankənd kənd, İsmayıllı şəhər ərazi vahidlərində ötən illə müqayisədə daha çox əkin aparılmaqla, səpin optimal müddətdə başa çatdırılıb.Cari ildə əldə olunan məhsuldarlığı gələn il də qoruyub saxlamaq, daha çox məhsul istehsalına nail olmaq üçün 1500 tondan çox gübrədən istifadə edilib. Gübrələr fermerlərə 70 faiz güzəştlə satılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...