PDF Oxu

İqtisadiyyat

  • 6 194

"“Azərenerji” ASC-də bütün imkanlar səfərbər edilib"

"“Azərenerji” ASC-də bütün imkanlar səfərbər edilib"

"Son illər Azərbaycan elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib". Bunu SİA-ya açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.Y.Babanlının sözlərinə görə, bu nöqteyi-nəzərdən, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ərəfəsində “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumların fəaliyyətində hər hansı problemin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib: "Bu yaxınlarda “Azərenerji” ASC-də “Enerji müəssisələrinin 2017/2018-ci ilin payız-qış mövsümünə hazırlığı haqqında” əmrin yerinə yetirilməsinin müzakirəsi, qiymətləndirilməsi və “Hazırlıq Pasportu”nun verilməsi prosesi həyata keçirilib. Məhz məqsədyönlü tədbirlər nəticəsində enerjisistemin dayanıqlığı yoxlanılmış vəxidmət keyfiyyətibir daha nəzərdən keçirilmişdir. Bütün bunlar, ilin sonunda, qış fəslində və belə xüsusi günlərdə“Azərenerji” ASC-nin elektrik enerjisinin fasiləsiz və təhlükəsiztəmin olunması funksiyasının öhdəsindən gəlməsinə şübhə doğurmur".Mətbuat xidmətinin rəisi eyni zamanda bildirib ki, hazırda enerji sistem dispetçer qrafikinə uyğun işləyir: "Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Belə vaxtlarda, qeyri iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadanproblemin yaranması gözlənilmir. Bütün bunlara baxmayaraq, xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilibdir.

Xüsusiləbir daha qeyd edək ki, istehlakçıların bu günlərdə elektrik enerjisi ilə təmin edilməsində heç bir fasilə gözlənilmir. Bu istiqamətdə, görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir.Fürsətdən istifadə edərək, xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl Bayramı münasibətilə təbrik edirik!".

sia.az

Digər xəbərlər