Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr ayında daşınmış yüklərin həcmi 8344,6 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,7 faiz artıb. Yüklərin 48,7 faizini neft yükləri təşkil edib.Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dəniz limanlarında 10769,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 10141,1 min tonunu və ya 94,2 faizini tranzit yüklər təşkil edib. 2018-ci il yanvar ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 244,7 min ton idxal yükləri olub.Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8 faiz azalaraq 17,1 min nəfər olub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...