PDF Oxu

İqtisadiyyat

  • 4 603

Azərbaycan məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgisində

Azərbaycan məhsulları dünyanın ən nüfuzlu beynəlxalq sərgisində

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Berlində keçirilmiş Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edib

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti yanvarın 18-dən 20-dək Almaniyanın paytaxtı Berlində təşkil edilmiş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan Beynəlxalq Yaşıl Həftə sərgisində və Kənd Təsərrüfatı Nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib.Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya bildiriblər ki, nazir müavini Seyfəddin Talıbov hər il keçirilən sərgidə Azərbaycanın milli stendində şirkətlərin məhsulları ilə yaxından tanış olub. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilib.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Almaniyanın Kənd Təsərrüfatı üzrə Leibniz İnstitutunun və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəsmiləri ilə görüşüb və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.Bununla yanaşı, nazir müavini Seyfəddin Talıbov yanvarın 20-də Beynəlxalq Yaşıl Həftə sərgisi çərçivəsində keçirilən nazirlərin 10-cu konfransında da iştirak edib. S.Talıbov konfransın plenar müzakirələrində məruzə ilə çıxış edərək, ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, əldə olunan nailiyyətlər, həmçinin kənd təsərrüfatı məhsullarının ixrac potensialı barədə ətraflı məlumat verib.Sərgidə və milli stendimizin açılışında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da iştirak edib.

sia.az

Digər xəbərlər