PDF Oxu

İqtisadiyyat

  • 3 154

“14 ildə ölkəmiz şərəfli və uğurlu bir yol keçib" MÜNASİBƏT

“14 ildə ölkəmiz şərəfli və uğurlu bir yol keçib" MÜNASİBƏT

“Yanvarın 29-da keçirilmiş “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında Prezident qeyd etdi ki, son 14 ildə ölkəmiz böyük və şərəfli inkişaf yolu keçib, bütün sahələrdə ciddi uğurlara imza atılıb. Doğrudan da Azərbaycanın qısa bir zaman keçdiyi uğurlu yolu çox ölkələr illərlə qət edə bilmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, belə yüksək göstəriciləri əldə etməyimizin kökündə ölkə başçısının ilk dəfə prezident seçilməzdən əvvəl verdiyi vədlərin artıqlanması ilə icra etməsi, ölkədə təmin olunmuş sabitlik, xalqla-iqtidar arasındakı birlik və xalqın prezidentə olan etibarı dayanır: “Cənab Prezident hakimiyyətə gəldiyi ilk gündən demişdir ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yaxşlaşdırılması dayanır. Məhz düzgün istiqamətlənmiş siyasi kursu sayəsində işsizlik 5%-ə, yoxsulluq 5,4%-ə enib.Əgər son 14 ildə ölkə əhalisinin 1,6 milyon nəfər artdığını nəzərə alsaq, əldə olunan bu göstərici dünyanın inkişaf etmiş ölkələrin göstəricilərinə bərabər olduğunu görərik. Ölkə iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft iqtisadiyyatının 2,8 dəfə, 2,6 dəfə sənayenin, 1,7 dəfə valyuta ehtiyatlarımızın 1,9 milyard dollardan 42 milyard dollara çatdığını, 3100-dən çox yeni məktəb, 642 tibb müəsisəsi, 43 Olimpiya İdman kompleksi, 12300 km yeni yol tikildiyini nəzərə alsaq biz görərik ki, yola saldığımız 14 ildə ölkəmiz şərəfli və uğurlu bir yol keçib. Qarşıdan gələcək illərdə də dövlətimiz cənab Prezidentin rəhbərliyi altında mühüm inkişaf proqramları icra edəcək və ölkəmiz dünyanın ən qabaqcıl ölkələrindən birisi olacaq”.

sia.az

Digər xəbərlər